Balmoral qəsri bu gün ictimaiyyətə açılıb
    • 1-07-2024, 21:47
    • 149

Balmoral qəsri bu gün ictimaiyyətə açılıb

Kraliça II Yelizavetanın sevimli iqamətgahı olan və son günlərini keçirdiyi Balmoral Qəsri bu gün ictimaiyyətə açılıb.

News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, Şotlandiyanın dağlıq ərazilərində, Aberdinşir bölgəsində yerləşən Balmoral qəsri 19-cu əsrdən etibarən Britaniyanın kral ailəsinin yay istirahətlərinin böyük hissəsini keçirdiyi qəsrdir. Ziyarətçilər bu gündən etibarən bələdçilərin başçılıq etdiyi qruplar halında qəsrin iç məkanlarını gəzə biləcəklər. Qəsr avqustun 4-nə qədər ziyarətə açıq olacaq, gündə 40 ziyarətçi qəbul ediləcək. Biletin qiyməti 100 funt sterlinq, günorta çayı daxil olmaqla isə 150 funt sterlinqdir. Qəsrin biletləri aprel ayında satışa çıxdığı gün tükənib.

Turlar Kral Çarlz və Kraliça Kamilla yay tətili üçün Balmoral qəsrinə gəlməzdən əvvəl başa çatacaq. Qəsrin saytında bildirilib ki, qəsrin iç məkanlarının ziyarətə açıldığı bu tur 1855-ci ildə qəsrin tikintisi başa çatdıqdan sonra ilk dəfə həyata keçirilir.