17 yaşlı qız paraşütçünü güllələdi
    • 1-07-2024, 14:04
    • 216

17 yaşlı qız paraşütçünü güllələdi

Odessada 17 yaşlı qız ehtiyatsızlıqdan tanışını, Ukrayna Silahlı Qüvvələrinin 23 yaşlı desantını avtomat silahı ilə vurub.

News24.az Medianews.az-a istinad edərək xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi öz resurslarında məlumat yayıb.

Odessanın Primorski rayonunda, Srednefontanskaya küçəsində baş verən hadisə ilə bağlı polisə iyunun 30-da saat 3:20 radələrində məlumat verilib. Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları iki cüt gəncin kirayədə qaldıqları mənzildə spirtli içkilərlə dincəldiyini müəyyən ediblər.

Nə vaxtsa 17 yaşlı qız Ukrayna Silahlı Qüvvələrində desant kimi xidmət edən tanışından ezamiyyətdən sonra təhvil vermədiyi AK-74 avtomatına baxmağı xahiş edib. Silahla ehtiyatsız davranma nəticəsində atəş açılıb və əsgər ölümcül yaralanıb.

Polis ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə ibtidai istintaqa başlayıb.