Rusiyada isti hava rekord qırır
    • 3-07-2024, 12:06
    • 150

Rusiyada isti hava rekord qırır

Rusiyada istilik 39 dərəcəyə qədər artıb.

News24.az xəbər verir ki, bu məlumatı sinoptik Tişkovets verib.

Tişkovets əlavə olaraq onu da bildirib ki, 39 dərəcəyə qədər artan anormal istilər 8 regional mərkəzdə qeydə alınıb.

Sinoptikin sözlərinə görə, temperatur rekordu 1890-cı ildə Moskvada baş verib. İyulun 2-də paytaxtda hava 32 dərəcəyə qədər istiləşib. Bundan əvvəl rekord 31,9 dərəcə idi.

Rusiya Hidrometeorologiya Mərkəzinin rəhbəri Roman Vilfand məlumat verib ki, yaxın gələcəkdə Moskvada gecə temperatur 24°C-dən aşağı düşməyəcək. Bu da sağlamlıq üçün təhlükəli ola bilər.

Məryəm