İki nazir dəyişdi
    • 2-07-2024, 08:45
    • 2 321

İki nazir dəyişdi



Türkiyənin nazirlər kabinetində iki nazirin istefa verməsi ilə onların yerinə iki yeni təyinat olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərarla Fahrettin Kocanın yerinə səhiyyə naziri postuna İstanbul Vilayət Səhiyyə İdarəsinin rəhbəri Kamal Memişoğlu, Mehmet Özhasekinin yerinə isə ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri postuna Murad Kurum təyin edilib.

Türkiyə Böyük Millət Məclisinin Ətraf Mühit Komissiyasının sədri və Ədalət və İnkişaf Partiyasından İstanbul millət vəkili olan Kurum ikinci dəfə nazir təyin edilib.

Murat Kurumun təyin olunması ilə hakim partiyanın TBMM-dəki yerlərinin sayı 264-ə düşüb.//APA