Qumbara ilə mismar vurdu - 20 il...
    • 2-07-2024, 16:02
    • 151

Qumbara ilə mismar vurdu - 20 il...

Çinli qadın 20 ili ərzində qumbara ilə mismar vurub və bunun çəkic olduğunu düşünüb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, xoşbəxtlikdən, bütün bu müddət ərzində sursat partlamadı.

Qin soyadlı 90 yaşlı çinli qadın fermasında işləyərkən “taxta qolu olan qəribə metal parçası” tapdığını söyləyib. 

O, bunun çəkic olduğunu düşünüb . 20 il ərzində o, qozdan tutmuş mismara qədər hər cür sərt əşyaları vurmaq üçün bu obyektdən istifadə edib.

Ötən həftə Qinin köhnə evini sökmək üçün çalışan bir qrup kişi bu "çəkic"i görüb və bunun qumbara olduğu qənaətinə gəliblər. Bundan sonra inşaatçılar yerli hakimiyyət orqanları ilə əlaqə saxlayıblar. Gələn mütəxəssislər bunun qumbara olduğunu təsdiqləyiblər. Bundan sonra mərmi xüsusi yerdə partladılıb.