İyulda qar yağdı
    • 3-07-2024, 10:54
    • 242

İyulda qar yağdı

İyul ayında Ərzincanda qar sürprizi yaşanıb. 3 min 549 metr hündürlükdə vilayətin ən yüksək nöqtəsi olan Keşiş dağlarının zirvəsi yeni yağan qarla ağarıb.

News24.az xəbər verir ki, şəhərdə fasilələrlə yağan yağış Keşiş dağlarında qar yağışına çevrilib. Səhər saatlarında ağarmış Keşiş dağlarının zirvəsi Ərzincanın Üzümlü rayonundakı Bayırbağ kəndindən aydın görünüb.

Ərzurum şossesi ilə hərəkət edən sürücülər avtomobillərini yolun kənarında saxlayaraq iyul ayında ağarmış zirvəni izləyiblər. Bir müddət sonra buludlarla örtülmüş zirvədə  qarın əridiyi görünüb.

Günel Məlikzadə