Rusiyanın bu ölkədəki səfiri qəfil öldü
    • 4-07-2024, 00:17
    • 369

Rusiyanın bu ölkədəki səfiri qəfil öldü


İyulun 3-də Rusiyanın Əlcəzair Xalq Demokratik Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Valeryan Şuvayev qəflətən dünyasını dəyişib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ölümün səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Şuvayev 16 mart 1955-ci ildə Barnaulda anadan olub. O, SSRİ və Rusiyanın xaricdəki səfirliklərində müxtəlif vəzifələrdə çalışıb.

Şuvayev Rusiyanın Liviya, İraq, Mərakeş və Əlcəzairdəki diplomatik nümayəndəliklərinə rəhbərlik edib.