Hizbullah İsrailə 200-dən çox RAKET ATDI
    • 4-07-2024, 13:37
    • 242

Hizbullah İsrailə 200-dən çox RAKET ATDI

Livandakı Hizbullah İsrail ərazisindəki yeddi hərbi mövqeni hədəf alan yeni cavab hücumunun həyata keçirildiyini açıqlayıb. Cavab hücumunda 200-dən çox raketin atıldığı bildirilib.

News24.az xəbər verir ki, Hizbullah genişmiqyaslı hücumun yüksək səviyyəli səhra komandirinin öldürülməsinə cavab olaraq həyata keçirildiyini açıqlayıb.

Hizbullahın verdiyi açıqlamada komandirin kimliyinin Məhəmməd Nasir olduğu açıqlanıb. Bildirilib ki, komandir 9 aya yaxındır davam edən qarşıdurmalarda həlak olan ən yüksək rütbəli şəxslərdən biridir.

Günel Məlikzadə