"Hizbullah"ın yüksək rütbəli komandiri öldürüldü - FOTO
    • 4-07-2024, 09:48
    • 147

"Hizbullah"ın yüksək rütbəli komandiri öldürüldü - FOTO

2023-cü ilin oktyabrında başlayan və aylardır davam edən Qəzza müharibəsi ilə paralel olaraq, Hizbullah ilə İsrail arasında gərginlik davam edir.

News24.az xəbər verir ki, bu gərginlik ağır silahlı düşmənlər arasında daha genişmiqyaslı və dağıdıcı müharibə ilə bağlı narahatlığı artırıb.

Hizbullah qruplaşmasının yüksək səviyyəli səhra komandiri İsrailin Livanın cənubundakı Sur şəhəri yaxınlığındakı hücumu nəticəsində həyatını itirib.

Qeyd edək ki, iki təhlükəsizlik mənbəsi komandirin Hizbullahın İsrail ordusu ilə toqquşduğu sərhəddəki bəzi əməliyyatlara cavabdeh olduğunu bildirib.

Mənbələr hücumda ölən komandirin İsrailin iyun ayında öldürdüyü Hizbullahın yüksək səviyyəli səhra komandiri Taleb Abdullah ilə eyni rütbədə olduğunu və qrup üçün eyni əhəmiyyətə malik olduğunu bildirib.

Hizbullahın verdiyi açıqlamada komandirin kimliyinin Məhəmməd Nasir olduğu açıqlanıb və daha ətraflı məlumat verilmədən şəhid elan edilib.

Mənbələrdən biri bildirib ki, hücum zamanı ikinci Hizbullah döyüşçüsü və bir mülki şəxs də həlak olub.

Günel Məlikzadə