Səudiyyə Ərəbistanında oynayan ulduz futbolçu keşiş oldu - FOTOLAR
    • 4-07-2024, 21:15
    • 126

Səudiyyə Ərəbistanında oynayan ulduz futbolçu keşiş oldu - FOTOLAR

Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun ulduz hücumçusu Roberto Firmino keşiş olub.

News24.az Publika.az-a istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat verib.

“Manah kilsəsinin üçüncü ili. Necə də yaddaqalan və unudulmaz bir gecədir. Məsihlə tanış olduğumuz vaxtdan biz istəyirik ki, insanlar bu məhəbbəti bilsinlər. İndi bizim başqa bir məsuliyyətimiz var: keşiş olmaq”, – deyə futbolçu ithaf mərasimindən bir neçə foto paylaşaraq bu sözləri yazıb.

Firmino həyat yoldaşı ilə birlikdə üç il əvvəl qurduqları Manah Kilsəsində yevangelist keşiş təyin edilib. Mərasim bazar günü 32 yaşlı oyunçunun doğulduğu Maseyodakı Manah kilsəsində baş tutub.