Böyük Britaniyanın baş naziri istefa verdi
    • 5-07-2024, 15:35
    • 204

Böyük Britaniyanın baş naziri istefa verdi

Sunak dünənki seçkilərdən sonra Baş nazirliyin 10 nömrəli ofisinin yerləşdiyi Dauninq küçəsində vida bəyanatı verib.

News24.az xəbər verir ki, Sunak Kral Çarlzla görüşündən əvvəl etdiyi çıxışda, "Ölkədən üzr istədiyimi demək istəyirəm. Bu vəzifəyə hər şeyi verdim, ancaq İngiltərə hökumətinin dəyişməsi üçün açıq mesaj verdiniz. Ən əhəmiyyətli mühakimə verdiyiniz hökmdür” dedi.

Bir çox millət vəkili namizədinin Məclisə girə bilməməsi ilə bağlı kədərini paylaşan Sunak, "Bu nəticələrdən sonra Mühafizəkarlar Partiyasının liderliyindən istefa verirəm" dedi.

Sunak istefasının dərhal icra olunmayacağını və yeni lider seçilənə qədər vəzifəsində qalacağını qeyd edib.

Günel Məlikzadə