"Qərb üçüncü dünya müharibəsini qızışdırır"
    • 5-07-2024, 15:47
    • 288

"Qərb üçüncü dünya müharibəsini qızışdırır"


Bəzi Qərb ölkələri regional münaqişələrə yanaşmaları ilə üçüncü dünya müharibəsinin başlamasına səbəb olur, Rusiya prezidenti Vladimir Putin isə sülhdən danışır. 

News24.az "Unikal"a istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Təəssüf ki, bəzi Qərb ölkələri və müəyyən dairələr münaqişəni daha da qızışdırırlar. Onların yanaşmaları üçüncü dünya müharibəsinin başlanmasına gətirib çıxarır. Silah satıcılarına bazar lazımdır. Silah alverçilərinin bazarı isə Qərbdir”, - Türkiyə lideri qeyd edib.

Eyni zamanda, Ərdoğan Putinin son açıqlamalarına diqqət çəkərək, Rusiya prezidentinin sülhün tərəfdarı olduğuna işarə edib.