Castin Timberleykin bu fotosu sənət əsəri oldu
    • 5-07-2024, 21:40
    • 232

Castin Timberleykin bu fotosu sənət əsəri oldu

Sərxoş halda avtomobil idarə edərkən polis tərəfindən yaxalanan Castin Timberleyk məhkəməyə çıxarıldıqdan sonra sərbəst buraxılıb. 

News24.az xəbər verir ki, səlahiyyətlilər məşhur müğənninin həbs edildiyini və rəsmi ittiham irəli sürüldüyünü açıqlayıb.

Həbs olunmazdan əvvəl çəkilmiş fotosu da üzə çıxan Timberleykin həbs hesabatında; Polisin ulduzun boz rəngli avtomobilini saxlamağa çalışdığı, lakin Timberleyk yolun sağ tərəfində dayanmadığı üçün kənara çəkildikdən sonra həbs edildiyi bildirilib. Sənəddə deyilir ki, zabitlər ulduzu saxlayanda Timberleykin gözləri qan çanağı və nəfəsindən kəskin spirtli içki qoxusu var idi.

Timberleyk pərəstişkarlarına “Bizim enişli-yoxuşlarımız oldu” deyərək, onlara dəstək olduqları üçün təşəkkür edib.

Castin Timberleykin həbsi təkcə trend mövzusuna çevrilməyib, həm də sənət əsərinə çevrilib.

Timberleykin sərxoş halda maşın sürdüyünə görə həbs olunduğu mugshot sənət əsərinə çevrilib. Hazırda Nyu Yorkdakı Romany Kramoris Qalereyasında nümayiş etdirilir.

Qeyd edək ki, rəssam Qodfri Lohmanın “Custin Timberlake ilə Çərşənbə axşamı gecəsi” adlı əsəri sənətsevərlərə təqdim olunub.


Günel Məlikzadə