Ali məktəblərə qəbul balları artırılacaq?
    • 5-07-2024, 21:45
    • 210

Ali məktəblərə qəbul balları artırılacaq?

Bu il ali təhsil müəssisələrinə qəbul balları artmayacaq.

News24.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə  açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov deyib.

"Hətta bəzən iddialar səslənir ki, bütövlükdə bu il qəbul balları artacaq. Əlbəttə ki, bunlar hamısı proqnozlardır. Yekun nəticədən sonra reallığın nə olacağını biləcəyik. Mən düşünürəm ki, qəbul balları çox yüksək olmayacaq.

Söhbət qruplardan getmir. Ayrı-ayrı ixtisaslarda ümumilikdə qəbul ballarının artması mümkündür. Hər il bu müşahidə olunur. Bu il də istisna deyil. Bəzi ixtisaslarda qəbul balının endirilməsi də ola bilər. Ümumilikdə ciddi bir fərq olacağını güman etmirəm”, - İ.Orucov bildirib.

O qeyd edib ki, əvvəlki illərlə müqayisədə dövlət sifarişli plan yerlərində artım mövcuddur:

“Bunun səbəblərindən biri də budur ki, bu il Azərbaycanda iki yeni ali təhsil müəssisəsinə - Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universitetinə də qəbul aparılacaq. Minimum balların da artacağını düşünmürəm. Bütövlükdə tələbə qəbulunda plan yerlərinin ümumi artımı buna imkan verməyəcək".