Məşhur sovet diktoru VƏFAT ETDİ
    • 6-07-2024, 18:02
    • 772

Məşhur sovet diktoru VƏFAT ETDİ


Rusiyanın Xalq artisti, diktor və teleaparıcı Aza Lixitçenko 86 yaşında vəfat edib.

News24.az Modern.az-a istinadla xəbər verur ki, bu varədə Birinci Kanal məlumat yayıb.

Məşhur diktorun ölüm səbəbi açıqlanmayıb.

Aza Lixitçenko 1937-ci ildə Moskvada anadan olub, 1959-cu ildə Moskva İncəsənət Teatr Məktəbini bitirib. Onun sinif yoldaşları aktyorlar Vladimir Vısotski və Valentin Nikulin idi.

Məktəbi bitirdikdən sonra Lixitçenko Sevastopol Rus Dram Teatrına qəbul edilib. Bir neçə filmdə və tamaşada oynayıb, lakin sonra televiziyaya işə düzəlib.

Aza Lixitçenko 1960-cı illərdə SSRİ Dövlət Televiziya və Radiosunda işləməyə başlayıb, Mərkəzi Televiziyada diktor olub, sonra isə “Vremya” informasiya proqramının ilk aparıcılarından biri olub. 1993-cü ilə qədər diktor işləyib.