Dənizdə batan qadını xilas edərkən özü boğuldu
    • 7-07-2024, 18:45
    • 349

Dənizdə batan qadını xilas edərkən özü boğuldu


Ötən gün Bilgəh çimərliyində bədbəxt hadisə baş verib.

News24.az Azxəbər.com-a istinadla xəbər verir ki, 1994-cü il təvəllüdlü Anar İsmayılov dənizdə batıb.

Belə ki, mərhum çimərlikdə başqa bir qadının batdığını görüb və onu xilas etməyə çalışıb. Qadın sağ qalsa da, Anarın həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, Anar ticarət mərkəzlərinin birində mühafizəçi işləyib.