İsrailin zərbələri zamanı nazir müavini öldü
    • 7-07-2024, 21:09
    • 272

İsrailin zərbələri zamanı nazir müavini öldü


HƏMAS hərəkatı Qəzza zolağının əmək nazirinin müavini İhab əl-Hüseynin ölümünü təsdiqləyib.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə müvafiq bəyanat hərəkatın Teleqram kanalında dərc olunub.

“HƏMAS Fələstin hökumətinin əmək nazirinin müavini İhab əl-Hüseynin ölüm xəbərini təəssüflə təsdiqləyir”, – bəyanatda deyilir.

HƏMAS Əl-Hüseynin İsrailin Qəzza şəhərini atəşə tutması zamanı öldürüldüyünü təsdiqləyib və əlavə edib ki, onun həyat yoldaşı və bir neçə qızı daha əvvəl anklavda ölüb.

O, 2020-ci ildən sözügedən vəzifəni tuturdu.