Atadan 9 yaşlı oğluna ağır cəza
    • 7-07-2024, 21:51
    • 568

Atadan 9 yaşlı oğluna ağır cəza


Rusiyanın Kursk vilayətində 38 yaşlı ata 9 yaşlı oğlunu cəzalandırmaq üçün yandırıb.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, iyulun 5-də doqquz yaşlı uşaq evdə şamla oynayarkən yerə tökülən spirti yandırıb. Bu zaman onun yanındakı bir yaşlı bacısı yanaraq xəsarət alıb.

Ata oğluna cəza olaraq onun şalvarını çıxarıb və göbəyinə spirt tökərəb yandırıb. Məqsəd bacısının keçirdiyi ağrı hissini oğlana yaşatmaq olub.

Hər iki uşaq xəstəxanaya çatdırılıb, vəziyyətləri stabildir.

Ata həbs edilib.