Ərdoğan ABŞ-a gedir
    • 8-07-2024, 11:33
    • 310

Ərdoğan ABŞ-a gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a gedir.

News24.az xəbər verir ki, iyulun 9-da, NATO Liderlər Zirvə Toplantısının ilk günündə 75 illik yubiley proqramı keçiriləcək. Bu proqramda prezident Ərdoğan da iştirak edəcək.

O, 32 üzvlü alyansın dövlət və hökumət başçılarının çərşənbə günü, iyulun 10-da keçiriləcək iclasında iştirak edəcək. Həmin gün axşam saatlarında liderlər və onların həyat yoldaşları ABŞ prezidenti Co Baydenin Ağ Evdə verdiyi şam yeməyində bir araya gələcək.

Qeyd edək ki, liderlər iyulun 11-də NATO-Ukrayna Şurasının iclası üçün eyni masa ətrafında toplaşacaqlar.

Ərdoğan sammit çərçivəsində bir çox ikitərəfli görüşlər də keçirəcək. Ərdoğanın həmsöhbətləri ilə İsrailin Qəzzaya hücumunu dayandırmaq və daimi sülhə nail olmaq üçün nələrin edilməsi lazım olduğuna dair qiymətləndirmələr aparacağı gözlənilir.

Günel Məlikzadə