"F1 Britaniya Qran Prisi"nin qalibi bəlli oldu - FOTO
    • 8-07-2024, 12:01
    • 281

"F1 Britaniya Qran Prisi"nin qalibi bəlli oldu - FOTO

Britaniyalı pilot İngiltərənin Northamptonshire bölgəsindəki 5,9 kilometrlik Silverstone Circuit-də keçirilən yarışda damalı bayrağı birinci yerdə keçərək 945 gündən sonra yenidən podiumun ən yüksək pilləsinə qalxmağı bacarıb.

News24.az xəbər verir ki, 39 yaşlı Həmilton Silverstounda 9-cu qələbəsi ilə tək trasda ən çox qazanan pilot rekordunu qırıb.

Yarışda Red Bull pilotu Maks Verstappen ikinci, McLaren pilotu Lando Norris isə üçüncü yeri tutub.

Qeyd edək ki, mövsümün 13-cü yarışı olan Macarıstan Qran Prisi iyulun 21-də keçiriləcək.

Britaniya Qran Prisindən sonra sürücülər və komandalar təsnifatında ilk 5 yer aşağıdakı kimidir:

pilotlar

1. Maks Verstappen (Hollandiya): 255 xal

2. Lando Norris (Böyük Britaniya): 171

3. Çarlz Lekler (Monako): 150

4. Karlos Sayns (İspaniya): 146

5. Oskar Piastri (Avstraliya): 124

Komandalar

1. Red Bull: 373

2. Ferrari: 302

3. McLaren: 295

4. Mercedes: 221

5. Aston Martin: 68

Günel Məlikzadə