Formula 1-də həyəcan burada davam edəcək
    • 27-06-2024, 21:00
    • 269

Formula 1-də həyəcan burada davam edəcək

Formula 1 üzrə dünya çempionatında həyəcan mövsümün 11-ci mərhələsi olan Avstriya Qran Prisi ilə davam edəcək.

News24.az xəbər verir ki, Spilberqdəki 4,3 kilometrlik Red Bull Ring trekində 71 dövrə üzrə sprint seçmə mərhələləri keçiriləcək, sabah saat 18.30-da, sprint yarışı 29 iyun şənbə günü saat 14.00-da, yarış isə bazar günü saat 17.00-da başlayacaq. 

İndiyədək Red Bull-dan Maks Verstappen 7 dəfə, Ferrari-dən Karlos Sayns və Çarlz Lekler, hərəyə bir dəfə isə McLaren-dən Lando Norris podiuma başçılıq ediblər.

Qeyd edək ki, pilotlar və komandalar təsnifatında ilk 5 yer aşağıdakı kimidir:

PİLOTLAR

1. Maks Verstappen (Hollandiya): 219 xal

2. Lando Norris (Böyük Britaniya): 150

3. Şarl Lekler (Monako): 148

4. Karlos Sayns (İspaniya): 116

5. Serxio Peres (Meksika): 111

KOMANDALAR

1. Red Bull: 330

2. Ferrari: 270

3. McLaren: 237

4. Mercedes: 151

5. Aston Martin: 58

Günel Məlikzadə