COP29-a görə məktəblər bağlanacaq? - RƏSMİ AÇIQLAMA
    • 9-07-2024, 12:44
    • 190

COP29-a görə məktəblər bağlanacaq? - RƏSMİ AÇIQLAMA

COP29-a görə noyabr ayında məktəblərin bağlanması ilə bağlı qərar yoxdur.

News24.az Trend-ə istinadən xəbər verir ki, bunu "Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu", "Məktəbəhazırlıq qruplarına və I sinfə qəbul" ilə bağlı jurnalistlər üçün keçirilən brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov deyib.