Fuad Abbasovun anası od püskürdü - Özəl açıqlama
    • 24-05-2019, 12:55
    • 1 238

Fuad Abbasovun anası od püskürdü - Özəl açıqlama

«Fuad haqqında yalan xəbərlər yayıb, camaatı sakitləşdirmək istəyirlər». 

Bunu hazırda Rusiyada həbsə olan Fuad Abbasovun anası Billur Abbasova News24.az- açıqlamasında deyib. 

"Dünən bir çox saytlar Fuadın azad olunması ilə bağlı doğru olmayan məlumatlar verilib, onun köhnə videosunu yayıblar. Xeyrəddin Qoca da hansısa sayta istinad edib yazır ki, Fuadı çıxarıblar, evindədir. Qəsdən onun köhnə videosunu qoyublar, insanlar da bunu yoxlamadan paylaşırlar. İstəyirlər ki, camaat sakitləşsin, Fuadla bağlı heç kim səsini çıxarmasın" -  Billur Abbasova bildirib.

Hazırda imzatoplama kampaniyasının davam etdirildiyini deyən B.Abbasova bildirib ki, Rusiya səfirliyi ilə əlaqə saxlanılıb: «Bu gün saat 14-də səfirliyin qarşısında yenə toplantı olacaq. Hələlik bizə hər hansı məlumat verilmir". 

B.Abbasova bildirdi ki, hazırda  əsas tələb Fuadın Azərbaycana deportasiyası yox, azad olunmasıdır: "Nəyə görə o deportasiya olunur? Bunun heç bir hüquqi sənədı yoxdur axı... Həbsdən azad olandan sonra özü qərar verəcək ki, harda qalmaq istəyir. O ki qaldı, bu gün Fuadın deportasya olunması xəbərinə, bizim məlumatımız yoxdur. Ayın 28-i üçün demişdilər». 

Billur Abbasova hazırda Fuad Abbasovun səhhətinin normal olduğunu bildirdi.

Afaq Mirayiq