Günəş sistemindən kənarda yeni planet - Buzla tam örtülüb
    • 10-07-2024, 20:07
    • 205

Günəş sistemindən kənarda yeni planet - Buzla tam örtülüb

Alimlər Günəş sistemindən kənarda olan bir planetin səthində maye suyu aşkar ediblər.

News24.az konkret.az-a istinadən xəbər verir ki, şərti adı LHS-1140b olan planetdə buzla örtülmüş okean həyat üçün yeni bir ümid işığı ola bilər.

Bu planet tamamilə buzla örtülüb. Planetin ən diqqətçəkən xüsusiyyəti odur ki, onun diametri təxminən 4000 kilometrdir və daim öz ulduzuna doğru yönəlmiş görünür.

Kəşfi bir neçə il əvvəl elan edilən LHS-1140b-nin radiusu Yerdən təxminən 1,73 dəfə, kütləsindən isə 5,6 dəfə böyükdür.

O, Yerə çox yaxın orbitdə fırlanır və bütün orbiti cəmi 25 günə tamamlayır.

Bu planet Günəşə yaxın olsaydı, həyat amilləri daha münasib şərtlər yaradardı. Alimlər LHS-1140b planetini daha dərindən tədqiq etmək üçün onun mövcud olduğu atmosferi araşdırır. Araşdırmanın nəticələrinə görə, planetdə Yer atmosferində dominant komponent olan azotun varlığını aşkar ediblər.

Bu, planetin doğulmasından sonra əmələ gələn ikinci dərəcəli atmosferi göstərir. Bundan əlavə, planetin sıxlığı onun su ilə örtülü bir dünya ola biləcəyini göstərir.

Monreal Universitetindən fizik Rene Doyon deyir ki, “Planetdə Yerə bənzər atmosferi aşkar etmək mümkündür; sadəcə olaraq çoxlu müşahidə vaxtı lazımdır”.