Stoltenberqdən Rusiyaya mesaj: Biz onun qalib gəlməsinə imkan verə bilmərik
    • 10-07-2024, 21:00
    • 168

Stoltenberqdən Rusiyaya mesaj: Biz onun qalib gəlməsinə imkan verə bilmərik

NATO ölkələri ABŞ-ın paytaxtı Vaşinqtonda 75-ci ildönümü anma tədbirində bir araya gəlib.

News24.az xəbər verir ki, NATO Sammitinə qatılacaq ölkələrin liderləri əvvəlcə Endryu V. Mellon Auditoriumunda kollektiv şəkil çəkdiriblər.

Daha sonra İkinci Dünya Müharibəsindən NATO-nun qurulmasına, Bosniya müharibəsindən Ukrayna müharibəsinə qədər bir çox mövzuda vizual görüntülərin yer aldığı videoçarx nümayiş etdirilib.

Sonda söz NATO-nun baş katibi Yens Stoltenberq olub. Stoltenberq Şimali Atlantika Müqaviləsinə böyük hörmət bəslədiyini bildirib və sülhün razılaşma sayəsində qorunduğunu vurğulayıb.

NATO-nun tarixin ən uğurlu ittifaqı olduğunu deyən Stoltenberq Ukrayna müharibəsinə də toxunub. 

“Rusiyanın Ukraynaya qalib gəlməsinə imkan verə bilmərik”, - Stoltenberq bildirib. 

Stoltenberq bunun əks halda digər avtoritar rejimləri təşviq edəcəyini müdafiə edib.

Günel Məlikzadə