Ceff Bezosun sərvəti nə qədərdir?
    • 10-07-2024, 21:10
    • 201

Ceff Bezosun sərvəti nə qədərdir?

ABŞ-ın Nyu-Meksiko ştatının Albukerke şəhərində anadan olan Ceff Bezos 1986-cı ildə ABŞ-ın ən nüfuzlu təhsil müəssisələrindən biri olan Prinston Universitetini bitirib.

News24.az xəbər verir ki, Prinston Universitetinin Kompüter Elmləri Məktəbini sinfinin ən yüksək pilləsində bitirdikdən sonra Fiteldə ilk işinə başlayıb. 1987-ci ilin fevralında texnologiya və biznesin inkişafı üzrə menecer köməkçisi vəzifəsinə yüksəlib.

Nyu-York və London ofislərində çalışaraq karyerasını burada davam etdirən Bezos daha sonra vitse-prezidentin köməkçisi kimi Wall Street-də investisiya bankı olan Bankers Trust Company-ə keçib. 1990-cı ilin dekabrında o, D.E Shaw Hedge Fund-da vitse-prezident vəzifəsinə işə götürülüb. Bu şirkətdə tanış olduğu köməkçisi ilə 1993-cü ildə ailə həyatı qurub. Amazonun ideyasını şirkətə təqdim edən Bezos bu layihə qəbul olunmayınca istefa verib və milyarder yolunda ilk addımını atıb. 16 iyul 1995-ci ildə qurulan "Amazon"un yaradıcısı və sahibi Bezos internet üzərindən kitab satışı üçün sayt yaradıb.

Qeyd edək ki, Amazon-un qurucusu və keçmiş baş direktoru Ceff Bezos dörd ildən artıqdır birlikdə olduğu Lauren Sanchezlə nişanlanıb. Keçmiş jurnalist Bezos və Sançes həyat yoldaşlarından boşandıqdan qısa müddət sonra 2019-cu ildə münasibətlərini ictimaiyyətə açıqlayıblar və 2023-cü ilin mayında nişanlanıblar.

Onu da bildirək ki, dünyanın ən məşhur iş adamlarından biri olan Ceff Bezosun 2024-cü ilə olan sərvəti 216,5 milyard dollardır.

Günel Məlikzadə