Mebellə dolu yük maşını yandı - FOTO
    • 11-07-2024, 23:59
    • 541

Mebellə dolu yük maşını yandı - FOTO

Amasyada Beglar S-nin idarə etdiyi, içərisində mebellərin olduğu yük maşınının qoşqusunda qaynaq işləri aparılarkən yanğın baş verib.

News24.az xəbər verir ki, qısa müddətdə böyüyən alov yük maşınının traktorunu və qoşqusunu tamamilə bürüyüb. Vətəndaşlar şlanqdan gələn sudan istifadə edərək yanğını söndürməyə çalışıb.

Xəbər üzərinə bölgəyə jandarma, polis, xilasetmə və sağlamlıq qrupları sövq edilib.

Yanğınsöndürənlərin müdaxiləsi ilə söndürülən yanğında yük maşınının traktoru və qoşqu yararsız hala düşüb.

Günel Məlikzadə