Məhəmməd Əlinin həyatı seriala çevrilir
    • 12-07-2024, 11:29
    • 381

Məhəmməd Əlinin həyatı seriala çevrilir

İdman dünyasında bütün zamanların ən böyüyü kimi tanınan və həyatını irqçilik, ayrı-seçkiliklə mübarizəyə həsr etmiş əfsanəvi boksçu Məhəmməd Əlinin həyatından bəhs edən serial çəkilir.

News24.az xəbər verir ki, serialın adı "The Greatest" olacaq.

Aylarla davam edən danışıqlardan sonra "Amazon" rəsmi olaraq Əlinin həyatından bəhs edən serial üzərində işləməyə başlayıb. 32 il Parkinson xəstəliyi ilə mübarizə aparan və 2016-cı ildə dünyasını dəyişən keçmiş ağır çəki çempionu boksçunu Jalen Best canlandıracaq.

Jaalen Best, All American: Homecoming, Magnum P.I. və "American Horror Stories" kimi istehsallarla tanınır.

Əvvəlcə mini-serial kimi düşünülmüş, lakin sonradan dram serialına çevrilən “Ən Böyük” dünyanın ən məşhur idmançılarından biri olan Əlinin həyatına, onu rinq daxilində və xaricində əfsanəyə çevirən qələbə və məğlubiyyətlərdən bəhs edəcək.

"Dünya onu bir ikona kimi xatırlayır, lakin "Ən Böyük" bir kişi, bir ər, bir ata, bir oğul və bir qardaşın hekayəsi olacaq", - serialda deyilir.

Əfsanəvi boksçunun həyat yoldaşı Lonnie Ali, "Məhəmmədin mahiyyətini əks etdirən Ben Uotkinslə birlikdə "The Greatest" filminin prodüseri olacağım üçün həyəcanlıyam" deyib.

Günel Məlikzadə