Bakıda TİKİNTİDƏ FACİƏ: fəhlənin ayağını kəsdilər
    • 12-07-2024, 14:40
    • 321

Bakıda TİKİNTİDƏ FACİƏ: fəhlənin ayağını kəsdilər

Bakıda bədbəxt hadisə baş verib. 

News24.az Lent.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Binəqədi qəsəbəsi ərazisində sosial evlər inşa edilən ərazidə qeydə alınıb. 

Orada fəhlə işləyən Qazax rayon sakini, 1992-ci il təvəllüdlü Sənan Dilqəm oğlu Hacıyevin ayağına daş düşüb.

Xəstəxanaya yerləşdirilən S.Hacıyevin sağ ayağı amputasiya olunub.