Vertolyot okeana düşdü: Ölən var
    • 12-07-2024, 15:52
    • 319

Vertolyot okeana düşdü: Ölən var

ABŞ-ın Havay ştatının Kauai adasının sahillərində Robinson R44 tipli tur helikopteri okeana düşüb.

News24.az xəbər verir ki, polisdən verilən açıqlamada dünən yerli vaxtla saat 13.20 radələrində baş verən qəzada bir nəfərin cansız cəsədinin tapıldığı, itkin düşən iki nəfərin axtarışına başlanıldığı bildirilib.

Kauai mahalının meri Derek Kavakami mərhumun yaxınlarına başsağlığı verib və "Hazırda hadisənin bütün təfərrüatlarını bilmirik. Bununla belə, ilk müdaxilələrimizin bu təcili əməliyyatda əllərindən gələni etdiyini bilirik" deyib.

Qeyd edək ki, qəza ilə bağlı təhqiqata ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən başlanılıb.

Günel Məlikzadə