Bu növ konfetlərdən uzaq durmalıyıq – Açıqlama
    • 12-07-2024, 20:47
    • 355

Bu növ konfetlərdən uzaq durmalıyıq – Açıqlama

Qastroenteroloq Yekaterina Melnikova sağlamlığımıza zərər verən konfetlər barədə danışıb.

News24.az Medianews.az-a istinad edərək xəbər verir ki, o, karamel və fıstıqla dolu şokoladlı baton konfetlərdən uzaq durmağa çağırıb.

Həkim izah edib ki, bu məhsulda “çox miqdarda şəkər” var. Onun sözlərinə görə, tünd şokoladdan hazırlanan şirniyyatları seçmək daha yaxşıdır.

Eyni zamanda, diyetoloq Janna Tixanıkeva tərkibində trans yağları olan şirniyyatlardan imtina etməyi tövsiyə edib. “Trans yağlar bədənimizdə həzm olunmur. Bədən bu maddələrdən necə istifadə edəcəyini bilmir və onu yağ toxumasında saxlayır”, – deyə diyetoloq bildirib.