Bu ölkədən Ukraynaya rekord yardım
    • 12-07-2024, 21:55
    • 236

Bu ölkədən Ukraynaya rekord yardım

Avstraliya Ukraynaya 250 milyon Avstraliya dolları (təxminən 170 milyon ABŞ dolları) məbləğində ən böyük birdəfəlik hərbi yardım paketini ayırıb.

News24.az Publika.az-a istinadən xəbər verir ki, yardım paketinə hava hücumundan müdafiə sistemləri üçün raketlər, hava-yer silahları, tank əleyhinə sistemlər, döyüş sursatları, həmçinin Ukrayna hərbçiləri üçün ayaqqabı göndərişi daxil olacaq.

Bu yardım Avstraliyanın baş nazirinin müavini və müdafiə naziri Riçard Marleslə Ukrayna prezidenti Vladimir Zelenski arasında NATO-nun sammiti ərəfəsində baş tutan görüşdən sonra açıqlanıb.

Ümumilikdə, Entoni Albanese hökuməti Rusiyanın hücumu başlayandan bəri Kiyevə 1,1 milyard Avstraliya dollarından çox hərbi yardım göstərib, ümumi dəstək isə 1,3 milyard dolları ötüb.