AFFA bu klubu bütün yarışlardan uzaqlaşdırdı
    • 12-07-2024, 18:31
    • 256

AFFA bu klubu bütün yarışlardan uzaqlaşdırdı

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 2 saat davam edən müzakirələrdən sonra qurumun icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərə açıqlamasında “İrəvan”la bağlı yekun qərarın verildiyini deyib:

“İrəvan” komandası AFFA bayrağı altında təşkil edilən bütün yarışlardan uzaqlaşdırıldı. Əsas səbəblərdən biri maliyyə ilə bağlı olan qeyri-stabillik və danışılmış oyunlardır. Onların 8 futbolçusunun adı bu məsələdə hallanırdı. Adıçəkilən klubun əvəzinə hansı komandanın olacağına gəldikdə isə, PFL-lə birlikdə danışıqlar aparılacaq və yaxın zamanlarda açıqlama veriləcək”.