PUA-nın hücumu ilə neft anbarı YANDI
    • 13-07-2024, 18:37
    • 203

PUA-nın hücumu ilə neft anbarı YANDI

Rusiyanın Rostov vilayətinin Simlyanski rayonunda pilotsuz təyyarənin hücumu nəticəsində neft bazasında yanğın baş verib. İlkin məlumata görə, ölən və xəsarət alan yoxdur.

News24.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə vilayət qubernatoru Vasili Qolubyev özünün "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, insident yerli vaxtla saat 4 radələrində (Bakı vaxtı ilə 05:00 - red.) baş verib.

Yanğın üçüncü dərəcəli olub. Hadisə yerinə yanğınsöndürənlər, 49 nəfər və 14 texnika cəlb olunublar.