Rusiyada neft emalı zavodunda istehsal dayandırıldı
    • 13-03-2024, 20:15
    • 109

Rusiyada neft emalı zavodunda istehsal dayandırıldı

Rostov vilayətinin qubernatoru Vasili Qolubev verdiyi yazılı açıqlamada Novoshahtinskiy neft məhsulları zavoduna hücumu həyata keçirən PUA-nın vurulduğunu bildirib.

News24.az xəbər verir ki, PUA-nın obyektə çırpıldığını və bu səbəbdən istehsalın dayandırıldığını qeyd edən Qolubev hadisə nəticəsində ölən və yaralananların olmadığını bildirib.

Qeyd edək ki, illik neft emal gücü 7,5 milyon ton olan Novoshahtinskiy Neft Məhsulları Zavodu Rusiyanın cənubundakı ən böyük neft emalı zavodudur.

2023-cü ilin may ayında da obyektə PUA hücumu edilib və kiçik ziyan dəyib.

Günel Məlikzadə