Ançelottidən Arda Gülərə yeni missiya
    • 13-07-2024, 14:44
    • 298

Ançelottidən Arda Gülərə yeni missiya

 "Real"ın baş məşqçisi Karlo Ançelotti Arda Gülərə yeni vəzifə verib.

News24.az xəbər verir ki, 19 yaşlı futbolçunun Milli komandadakı çıxışını bəyənən italyan məşqçi onun bitirmə bacarığına və xüsusilə künc zərbələrində asistlərinə diqqət çəkərək, Ardaya futboldan ayrılan Toni Kroosun mövqeyini verəcəyini bildirib.

Ardanın Kroosun buraxdığı boşluğu dolduracağına inanan Ançelotti gənc ulduza künc zərbələri vurmaq vəzifəsini də verəcək.

Qeyd edək ki, uzun müddət zədə alan Arda Madriddə 10 matça çıxıb və 6 qola töhfə verib.

Günel Məlikzadə