-
- 13-07-2024, 21:46
- 332
“Tramp prezident olsa, NATO dağılacaq”
Əgər ABŞ-ın keçmiş prezidenti Donald Tramp noyabrda təkrar seçkilərdə qalib gələ bilsə, NATO dağılacaq və ABŞ avtoritar dəyərlərini ifadə edəcək.
News24.az Musavat.com-a istinadən xəbər verir ki, bunu “Hill” qəzetinə ABŞ-ın keçmiş prezidenti Bill Klintonun keçmiş müşaviri Ceyms Karvill deyib.
“Düşünürəm ki, siz NATO-nun məhv edildiyini görəcəksiniz. Biz avtoritarizm və totalitarizm dəyərlərini ifadə edəcəyik. Biz qanunsuzluq yolu ilə getməyə davam edəcəyik”, - deyə o vurğulayıb.
Bundan əlavə, Karvillə görə, Birləşmiş Ştatlar Tramp dövründə “konstitusiyasını itirə bilər”.
Qeyd edək ki, C.Karvillin səsləndirdiyi bu fikir ABŞ və Avropada gündən-günə populyarlıq qazanır, Rusiyada isə NATO-nun başına məhz belə bir aqibətin gələcəyinə ümidlər artır.