-
- 15-07-2024, 15:52
- 210
Rolls Royce-un baş dizayneri öz malikanəsində öldürüldü
Rolls Royce-un əfsanəvi modellərinin dizayneri İan Kemeron həyat yoldaşı ilə birlikdə yaşadığı 3 milyon avroluq malikanəsində bıçaqlanaraq öldürülüb.
News24.az xəbər verir ki, milyonlarla avro dəyərində avtomobillərin olduğu malikanədə təhlükəsizlik kameralarına gedən elektrik kabellərinin kəsildiyi öyrənilib.
İanın həyat yoldaşı, 74 yaşlı Verena Kloos qatillə üz-üzə gəlib. Kloosun malikanənin divarından tullanaraq qaçdığı öyrənilib.
Qeyd edək ki, Alman polisi qatilin axtarışına başlayıb. Bir səlahiyyətli deyib:
"Əgər kabellər həqiqətən orada kəsilibsə, bu, yaxşı hazırlıq kimi görünür. Ancaq özünü bu şəkildə hazırlayan oğrunun bıçaqlayıb öldürməsi olduqca nadirdir".
Günel Məlikzadə