SON DƏQİQƏ: Həsən İsmayılov maliyyə naziri təyin edildi - SƏRƏNCAM
    • 16-07-2024, 12:16
    • 2 664

SON DƏQİQƏ: Həsən İsmayılov maliyyə naziri təyin edildi - SƏRƏNCAM

Həsən İsmayılov Naxçıvan Muxtar Respublikasının maliyyə naziri təyin edilib.

News24.az Apa-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı 16 iyul 2024-cü il tarixli Sərəncama əsasən Həsən Bayram oğlu İsmayılov Naxçıvan Muxtar Respublikasının maliyyə naziri təyin edilib.

Qeyd edək ki, Həsən İsmayılov 27 may 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini təyin edilib.

O, 10 yanvar 2023-cü il tarixdən isə nazir vəzifələrini müvəqqəti icra edirdi.