Problemli kreditlərin məbləği AÇIQLANDI
    • 16-07-2024, 12:22
    • 370

Problemli kreditlərin məbləği AÇIQLANDI

Mərkəzi Bankın məlumatlarına görə, 2024-cü il iyun ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 26498,3 milyon manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilib.

Rredit portfelinin 22194,3 milyon manatı uzunmüddətli kreditlər olub.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği isə ümumi kredit portfelinin 1,8 faizini təşkil edib.

2024-cü il iyun ayının 1-nə vaxtı keçmiş kreditlər 466,5 manata çatıb.