Putin bu yolun açılışını “Lada” ilə etdi - Video
    • 16-07-2024, 15:00
    • 141

Putin bu yolun açılışını “Lada” ilə etdi - Video

Rusiya Prezidenti Vladimir Putin M-11 Neva magistralının Tverdən yan keçən sonuncu hissəsinin açılışına “Lada Aura” ilə gəlib.

News24.az axar.az-a istinadla xəbər verir ki, görüntüləri “Kreml. Novosti” Teleqram kanalı yayıb.

Kadrlarda dövlət başçısının qara rəngli “Lada Aura” sürdüyü, avtomobili isə sayrışan işıqlarla bir neçə maşının izlədiyi görünür.

Qeyd edək ki, bu gün Putin M-11 Neva magistralının son hissəsinin açılışına qatılıb.