Bayden seçkilərdən çəkiləcək?
    • 16-07-2024, 15:27
    • 131

Bayden seçkilərdən çəkiləcək?

ABŞ prezidenti Co Bayden özəl televiziya kanalına müsahibəsində gündəmlə bağlı açıqlamalar verib. 

News24.az xəbər verir ki, Respublikaçı rəqibi Donald Trampa qarşı sui-qəsd cəhdindən çox təəccübləndiyini bildirən Bayden, Amerikada siyasətdə şiddətə yer olmadığını vurğulayıb.

Hadisədən sonra Trampla söhbətinə toxunan Bayden, “O, çox səmimi idi. Ona nə qədər narahat olduğumu söylədim. Yaxşı olduğunu dedi və ona zəng etdiyim üçün təşəkkür etdi" dedi. 

"Bu hücum yarışın gedişatını dəyişdi?" soruşanda, “mən bilmirəm”. "Siz də bilmirsiniz" deyə cavab verib.

Bayden və təhlükəsizlik pozuntusu olub-olmadığını soruşduqda, "Mən FTB və Gizli Xidmətlə Vəziyyət Otağında iki görüşüm oldu. Və hamısından tamamilə müstəqil bir analiz istədim. “Bu analizin nəticələri gələndə nə olacağını görəcəyik” deyə cavablayıb.

Seçki yarışında qalmaq və ya yarışdan geri çəkilmək kimi məsələlərdə kiminlə məsləhətləşdiyini soruşduqda Bayden belə cavab verib: 

“Özüm. Mən bunu çoxdan edirəm".

Günel Məlikzadə