Müşavirin dəbdəbəli saatı və ayaqqabısı - ƏTRAFLI
    • 16-07-2024, 16:20
    • 187

Müşavirin dəbdəbəli saatı və ayaqqabısı - ƏTRAFLI

AKP deputatları dəbdəbəli saatlar və Maldiv tətilləri kimi yazılarla gündəmə gəldikdən sonra, prezident Ərdoğanın müşaviri Orxan Karakurtun lüks məhsulları da diqqəti cəlb edib.

News24.az xəbər verir ki, iyulun 15-də keçiriləcən mərasimlərə cavabdeh olan prezidentin müşaviri Orxan Karakurtun bahalı saatı və ayaqqabısı aktual mövzuya çevrilib.

Sözcünün xəbərinə görə, Karakurtun Franck Muller markalı saatı 1 milyon 282 min lirəyə, Prada markalı dəri idman ayaqqabısı isə 34 min lirəyə satılır.

Karakurtun dəbdəbəli saatı və ayaqqabısı onun məsul olduğu Prezident sarayında 15 iyul Birlik və Həmrəylik Günü qeyd etmələrinə hazırlıq zamanı görülüb. 

Karakurt hazırlıqlara nəzarət edərkən çəkilmiş fotoları tənqidlərdən sonra sosial şəbəkədəki hesabından silib.

Məryəm İlhamqızı