Dünya çempionu idmançı kimi karyerasını davam etdirəcək
    • 16-07-2024, 16:25
    • 27 938

Dünya çempionu idmançı kimi karyerasını davam etdirəcək

Azərbaycanlı MMA idmançısı Bəxtiyar Abbasov işdən çıxarılıb. 

News24.az unikal.org-a istinadən bildirir ki, avqustun 6-da təyin olunduğu döyüş sambosu üzrə Azərbaycan milli komandasının baş məşqçisi postdan öz ərizəsi ilə istefa verib.

Məlumata görə, B.Abbasov Azərbaycan Sambo Federasiyasının prezidenti, polis polkovnik-leytenantı Ceyhun Məmmədova şəxsən müraciət edib. O müraciətində bildirib ki, idmançı kimi karyerasını davam etdirmək niyyətindədir.

Bundan sonra qurum daxildə iclas keçirilib və Bəxtiyar Abbasovun istefa ərizəsi qəbul edilib. 

O döyüş sambosu üzrə millimizin üzvlərindəndir. B.Abbasov WMMAF versiyasına görə MMA üzrə ikiqat dünya çempionu, PROFC-GPG çempionu, pankration, ciu-citsu, əlbəyaxa döyüş üzrə dünya çempionudur.