Şiə məscidinə hücum: Ölənlər var
    • 16-07-2024, 18:03
    • 2 537

Şiə məscidinə hücum: Ölənlər var

Omanda məsciddə açılan atəş nəticəsində 4 Pakistan vətəndaşı ölüb, 30 nəfər yaralanıb.

News24.az xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi hücumun sünnilərin çoxluq təşkil etdiyi Omanda şiə məscidi olan, yerli olaraq İmam Əli məscidi kimi tanınan Əli bin Əbi Talib məscidində törədildiyini bildirib.

Omanın paytaxtı Maskatın Vadi əl-Kəbir bölgəsində baş verən hadisəni “terror” hücumu kimi xarakterizə edən nazirlik, yaralıların xəstəxanada olduğunu qeyd edib.

Qeyd edək ki, hadisə Aşura gününə təsadüf edib.

Günel Məlikzadə