İran-Pakistan sərhədində silahı atışma: ÖLƏNLƏR VAR
    • 30-05-2024, 16:17
    • 123

İran-Pakistan sərhədində silahı atışma: ÖLƏNLƏR VAR

Dünən İran-Pakistan sərhədində iranlı hərbçilər pakistanlılara atəş açıblar.

News24.az "Azad İran"a istinadən xəbər verir ki, bu barədə Pakistanın Bəlucistan əyalətinin Vaşuk bölgəsinin komissarının müavini Ömər Camali bildirib.

Pakistan rəsmiləri İranla sərhəddə bu ölkənin sərhədçilərinin atəş açması nəticəsində 4 Pakistan vətəndaşının öldüyünü, daha 2 nəfərin isə yaralandığını açıqlayıblar.

Qeyd olunub ki, hazırda Pakistan hökuməti atışmaların səbəbini müəyyən etmək üçün hadisəni araşdırır.