Keniyadan 200 nəfərlik polis dəstəyi
    • 16-07-2024, 22:20
    • 142

Keniyadan 200 nəfərlik polis dəstəyi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Haitidəki Çoxmillətli Təhlükəsizliyə Yardım Missiyasının koordinatoru Noor Gabow verdiyi açıqlamada 200 nəfərlik Keniya polisinin Nayrobidən Haitiyə yola düşdüyünü açıqlayıb.

News24.az xəbər verir ki, Gabow, ekspert polisin BMT tərəfindən icarəyə götürdüyü təyyarə ilə yola düşdüyünü və bu gün paytaxt Port-au-Prinsdəki Toussaint Louverture hava limanına çatacağını bildirib.

Keniya polisi çoxmillətli missiyaya rəhbərlik edəcək və yaxın həftələrdə digər ölkələrin də qoşulacağı gözlənilir.

Polis qüvvələri həmçinin ölkədə ictimai asayişin bərpasında, mühüm infrastrukturun qorunmasında və humanitar yardımın çatdırılmasında Haiti polisinə dəstək verəcək.

Qeyd edək ki, Keniya Haitidə artan dəstə zorakılığına son qoymaq üçün iyunun 25-də 400 nəfərdən ibarət ilk polis qüvvələrini göndərib.

Günel Məlikzadə