37 yaşlı futbolçudan yeni müqavilə
    • 17-07-2024, 19:27
    • 249

37 yaşlı futbolçudan yeni müqavilə

Belçikalı müdafiəçi Yan Vertonqen “Anderlext”lə müqaviləsini uzadıb. 

News24.az qol.az-a istinadla xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yeni müqavilənin bir mövsümlük olduğu qeyd edilir.

Xatırladaq ki, 37 yaşlı oyunçu 2022-ci ildən Belçika təmsilçisində oynayır.