DƏHŞƏT: Qızı 17-ci mərtəbədən yerə atdı – FOTO
    • 17-07-2024, 19:49
    • 252

DƏHŞƏT: Qızı 17-ci mərtəbədən yerə atdı – FOTO

Rusiynın İjevsk şəhərində 25 yaşlı oğlan 11 yaşlı qızı 17-ci mərtəbədən atıb, sonra onun arxasınca düşüb.

News24.az Medianews.az-a istinad edərək xəbər verir ki, hadisə iyulun 16-da şəhərin yaşayış komplekslərinin birində baş verib.

Məlumaa görə, oğlan psixonevroloji xəstəlikdən əziyyət çəkib və ixtisaslaşdırılmış klinikada qeydiyyatda olub. Onun ölərkən sərxoş olduğu barədə məlumat verilib.

“Əvvəlcə qızın sadəcə huşunu itirdiyini düşündük, təcili yardım çağırmağa başladım. Sonra kişi onun arxasınca düşdü “, – deyə eyni binada yerləşən mağazanın satıcısı bildirib.

Hadisə yerinə gələn oğlanın qohumları onun kuryer işlədiyini və sifarişləri velosipedlə çatdırdığını deyiblər. Yaxınları onun psixi problemləri olduğunu inkar edirlər.

Müstəntiqlər azyaşlının qətli ilə bağlı cinayət işi açıb. Qız 5-ci sinifdə oxuyurdu. O, oğlanın ailəsinin üzvü deyil.

Şəhər sakinləri onun öldüyü yerə çiçəklər gətirməyə başlayıblar.