Anasını Sevgililər Günündə 4-cü mərtəbədən yerə atdı
    • 15-02-2023, 09:58
    • 144

Anasını Sevgililər Günündə 4-cü mərtəbədən yerə atdı

Sankt-Peterburq sakini Sevgililər Günündə öz anasını dördüncü mərtəbədən yerə atıb.

News24.az xəbər verir ki, hadisə Veteranov prospektində yerləşən beşmərtəbəli binada baş verib.

Hündürlükdən yıxılan 56 yaşlı qadın sağ qalıb. Çoxsaylı xəsarətlər alan qadın reanimasiyaya yerləşdirilib. Hadisədən sonra polis qadının 36 yaşlı oğlunu saxlayıb.

Məlum olub ki, həmin vaxt hadisəni törədən şəxs sərxoş olub. O, mübahisə zamanı anasını pəncərədən atdığını etiraf edib.

Faktla bağlı cinayət işi başlanıb.

Həmin şəxs əvvəllər də dəfələrlə məhkum olunub və psixiatr dəstəyi alıb. /Ren Tv/

Teymur MƏMMƏDOV